Gəncə Dövlət Filarmoniyasının Estrada Ansamblının müşayiəti ilə Filarmoniyanın səhnəsində "Ulduzlu gecə" adlı xeyriyyə konserti baş tutacaq.
Gencexeber.az filarmoniyaya istinadən xəbər verir ki, konsert proqramı 20 fevral 2025-ci il tarixində saat 19:00-da başlayacaq.
Qeyd olunub ki, yığılan vəsait Qarabağ Dirçəliş Fonduna ianə olunacaq.