Gədəbəy rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Gencexeber.az bildirir ki, rayon ərazisində 37 yaşlı Ramil Qasımovu avtomobil vurub.
Yaralı ilk olaraq Gədəbəy rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə şəhərindəki tibb müəssisələrinin birinə yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu qeyd olunub.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarında araşdırma başlanılıb.