Gəncəni təmsil edən voleybolçular birincilikdə iştirak edəcəklər. Bu haqda 28 mart tarixində Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər veririk.
16 yaşadək (U-16) voleybolçu oğlanlar arasında Azərbaycan birinciliyində növbəti oyunlar keçiriləcək. “Gəncə” - “Murov Az Terminal-1” və “Gəncə” - “Xarı Bülbül Şuşa” görüşləri təşkil olunacaq.
Rəqiblərin mübarizəsi 30 mart tarixində saat 10:00-da və 12:00-da baş tutacaq. Tərəflər Şirvan Olimpiya İdman Kompleksində görüşəcəklər.