Gəncə təmsilçisi daha bir rəqibi ilə görüşəcək. Bu haqda 3 mart tarixində voleybol klubumuza istinadən xəbər veririk.
Azərbaycan Yüksək Liqasının XVI turunda "Gəncə" VK "Milli Aviasiya Akademiyası" VK ilə mübarizə aparacaq. Oyun 5 mart tarixində saat 15:00-da baş tutacaq.
Rəqiblərin görüşü Gəncə Olimpiya İdman Kompleksində təşkil olunacaq.