Gəncə təmsilçisi rəqibinə qalib gəlib. Bu haqda 6 mart tarixində voleybol klubuna istinadən məlumat veririk.
Azərbaycan Yüksək Liqasının XVI turu çərçivəsində "Milli Aviasiya Akademiyası" VK “Gəncə” VK-nın qonağı olub. Tərəflər Gəncə Olimpiya İdman Kompleksində üz-üzə gəliblər.
İlk set təmsilçimizin 25:16 hesablı, ikincisi 25:21, sonuncu isə 26:24 hesablı üstünlüyü ilə yekunlaşıb. Beləliklə, “sarı-göylər” "Milli Aviasiya Akademiyası"nı 3:0 hesabı ilə məğlub edib.