“Gəncə” VK rəqibi ilə görüşüb. Bu haqda 18 aprel tarixində voleybol klubuna istinadən xəbər veririk.
Voleybol klubumuz “Azərreyl” VK ilə qarşılaşıb. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan oyunda təmsilçimiz qələbə qazanıb.
“Gəncə” VK rəqibini 3:2 hesabı ilə məğlub edib. Voleybol klubumuz bürünc medal uğrunda mübarizə aparacaq.