Gəncə təmsilçisi daha bir rəqibi ilə mübarizə aparacaq. Bu haqda 5 fevral tarixində voleybol klubuna istinadən xəbər veririk.
"Gəncə" VK növbəti oyununu doğma meydanda keçirəcək. Komandamız "Azərreyl" VK ilə üz-üzə gələcək.
Oyun 6 fevral tarixində saat 16:00-da Gəncə Olimpiya İdman Kompleksində baş tutacaq. Matç Azərbaycan Yüksək Liqasının XXII turu çərçivəsində təşkil olunacaq.