Gəncə voleybol komandasının şura üzvünə universitetlərin birində vəzifə verilib. Bu haqda 25 dekabr tarixində voleybol klubuna istinadən xəbər veririk.
Söhbət voleybol klubumuzun Müşahidə Şurasının üzvü Fariz Əhmədovdan gedir. O, Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi işlər üzrə prorektoru vəzifəsinə təyin olunub.
Bundan öncə o, Beynəlxalq magistratura və doktorantura mərkəzinin direktoru olaraq çalışıb.