Gəncə təmsilçisinin oyun vaxtı açıqlanıb. Bu haqda 11 aprel tarixində Voleybol Federasiyasına istinadən məlumat veririk.
Azərbaycan çempionatlarında yarımfinal mərhələsinin oyunları keçiriləcək. Pley-off mərhələsində “Gəncə” VK “Azərrail”ə qarşı mübarizə aparacaq.
Matç 15 aprel tarixində saat 18:00-da baş tutacaq. Oyun Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq.