Gəncə təmsilçisinin rəsmisi Şəkiyə səfər edib. Bu haqda 16 yanvar tarixində voleybol klubuna istinadən məlumat veririk.
“Gəncə” voleybol klubunun prezidenti Elvar Osmanov və baş məşqçi Sergey Çasnavitski Şəkidə olublar. Çasnavitski burada aşağı yaş qruplarından ibarət komandanın üzvləri ilə görüşüb. O, yeniyetmələrə voleybol idman növünün sirləri, uğurun əldə olunması üçün vacib olan məqamlar, idmanın əsasında sağlam həyat tərzinin dayanması barədə danışıb.
Mütəxəssis iştirakçıları maraqlandıran sualları cavablandırıb, onları yeni uğurlara həvəsləndirib və “Gəncə” klubunun ölkə çempionatındakı çıxışı barədə məlumat verib.