Gəncə təmsilçisi növbəti rəqibi ilə görüşəcək. Bu haqda 10 yanvar tarixində kluba istinadən xəbər veririk.
Oyun Azərbaycan Yüksək Liqasının VIII turu çərçivəsində keçiriləcək. “Gəncə” VK ilə “UNEC”in görüşü baş tutacaq.
Matç 13 yanvar tarixində saat 16:00-da Tovuz Olimpiya İdman Kompleksində keçiriləcək.