Gəncə təmsilçisi rəqibini qəbul edəcək. Bu haqda 1 aprel tarixində voleybol klubuna istinadən məlumat veririk.
Matç Azərbaycan Yüksək Liqasının XIX turu çərçivəsində baş tutacaq. “Gəncə” VK doğma meydanda “Abşeron”la qarşılaşacaq. Oyun 2 aprel tarixində saat 17:00-da başlayacaq.
Tərəflər Gəncə Olimpiya İdman Kompleksində mübarizə aparacaqlar.