Gəncə təmsilçisi çempionatın növbəti mərhələsinə yüksəlib. Bu haqda 30 mart tarixində voleybol klubuna istinadən məlumat veririk.
Azərbaycan Yüksək Liqasında XVIII turdan sonra komandaların sıralaması açıqlanıb. “Gəncə” VK-nın hesabında 27 xal var. Bununla təmsilçimiz cədvəldə 4-cü pillədə qərarlaşaraq ölkə çempionatının pley-off mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, siyahının ilk üçlüyünü müvafiq olaraq, “Azərreyl”, “Abşeron” və “Murov Az Terminal” komandaları paylaşır.