Gəncə basketbol klubu növbəti rəqibi ilə görüşəcək. Bu haqda 27 fevral tarixində basketbol klubuna istinadən xəbər veririk.
Basketbol klubumuz Azərbaycan Kuboku çərçivəsində “Sərhədçi” ilə mübarizə aparacaq. Oyun 28 fevral tarixində saat 19:30-da təşkil olunacaq.
Qarşılaşma “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçiriləcək. Görüşü Azərbaycan Basketbol Federasiyasının Youtube kanalında canlı yayımda izləmək mümkün olacaq.