Goranboyda oğurluq edən maskalı şəxslər saxlanılıblar. Bu haqda yanvarın 6-da Report-a istinadən məlumat veririk.
Hadisə Goranboy rayonunun Qaradağlı kəndində baş verib. 2 nəfər maskalı şəxs qeyri-qanuni yolla orada yerləşən ərzaq mağazasına daxil olub. Naməlum şəxslər 250 manat nağd pul, 2000 manat dəyərində tütün və ərzaq mallarını oğurlayıblar.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Rövşən Qafarov və Goranboy rayonun Yolqulular kənd sakini, əvvəllər məhkum olunmuş Əli Məmmədov maddi şübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil veriliblər.
Faktlarla bağlı Goranboy Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.