Gəncə şəhər sakini narkotiklə saxlanılıb. Bu haqda məlumatı yanvarın 3-ü Daxili İşlər Nazirliyinə istinadən veririk.
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat keçiriblər. Nəticədə Elnur Allahverdiyev 2 kiloqram heroin, 535 qram tiryəklə tutulub.
Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.