Gəncədə şəhər sakini narkotik vasitə ilə saxlanılıb. Bu haqda məlumatı yanvarın 3-ü Daxili İşlər Nazirliyinə istinadən veririk.
3-cü Polis Bölməsinin əməkdaşları Fəxrəddin Əliyevi saxlayıblar. Ondan 2 kiloqram 75 qram çəkidə marixuana aşkar olunaraq götürülüb.
Məlumata görə, saxlanılan şəxs əvvəllər də narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuşdur.
Araşdırma aparılır.