I Qarabağ müharibəsi şəhidi Alim Əmiraslanovun mövlududur. O, 4 yanvar 1957-ci ildə Gəncə şəhərində anadan olub.
Alim Əmiraslanov Səməd Vurğun küçəsindəki 3 saylı evdə yaşayırdı. Şəhidimiz 15 saylı orta məktəbi bitirib. Hərbi xidmət zamanı tank sürücü-mexaniki ixtisasına yiyələnib. Tərxisdən sonra bir müddət Çini qablar zavodunda çalışıb.
Müharibə zamanı Alim Əmiraslanov Tərtər və Qazax bölgələrində torpaqlarımızın keşiyində dayanıb. O, 9 iyun 1992-ci ildə Qazax rayonunun Yuxarı Cəfərli zastavasında ağır döyüşlərin birində şəhadətə ucalıb.
Əmiraslanovun nəşi Gəncə Şəhidlər xiyabanında torpağa tapşırılıb. Oxuduğu 15 saylı məktəbdə adını əbədiləşdirmək üçün xatirə guşəsi yaradılıb və ehsan bulağı çəkilib.
Qeyd edək ki, Alim Əmiraslanov ailəli idi, 2 oğlu yadigar qalıb.