Gəncədə səhiyyə ocağında işlə təmin olunmuş qazilərin sayı açıqlanıb. Bu haqda 19 aprel tarixində TƏBİB-yə istinadən məlumat veririk.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tabeliyindəki səhiyyə ocaqlarında işlə təmin olunan Vətən müharibəsi iştirakçılarının statistikasını hazırlayıb.
Nəticələrə əsasən, 2023-cü ilə qədər olan göstəricilərdə ilk yerdə Gəncə Şəhər Birləşmiş Xəstəxanası qərarlaşır. Tibb müəssisəsində 58 nəfər qazi işlə təmin olunub.
Növbəti iki yeri isə Şirvan Şəhər Mərkəzi Xəstəxanası (46 nəfər) və Kliniki Tibbi Mərkəz (45 nəfər) paylaşır.