Gəncə klubu qələbə üçün mübarizə aparacaq. Bu haqda 8 mart tarixində Voleybol Federasiyasına istinadən məlumat veririk.
Matç 16 yaşadək (U-16) voleybolçu oğlanlar arasında keçirilən Azərbaycan birinciliyi çərçivəsində baş tutacaq. “Gəncə” RVK “Azərrail” ilə qarşılaşacaq.
Oyun 10 mart saat 16:00-da təşkil olunacaq. Tərəflər Şirvan Olimpiya İdman Kompleksində üz-üzə gələcəklər.