Gəncədə tender ləğv olunub. Bu haqda 30 avqust tarixində Fed.az-a istinadən məlumat veririk.
Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən "Banner üzərində çap işlərinin, vinil üzərində çap işlərinin, orqanik şüşənin və diaqlaz materialının satın alınması" tenderi keçiriləcəkdi. Lakin müsabiqədə iştirak etmək üçün təklif vermiş iddiaçıların sayı üçdən az olduğuna görə, tender ləğv edilib.
Sözügedən proses Dövlət Satınalmaları haqqında qanunla tənzimlənir. 11.1-ci maddəyə əsasən, tenderdə iştirak etmək üçün təklif vermiş iddiaçıların sayı üçdən az olduqda satınalan təşkilat müsabiqənin davamından imtina edir. O, bu barədə məlumatı tender elan olunduğu mətbuat orqanında 5 bank günü ərzində dərc etdirir və rəsmi internet saytında yerləşdirir.