Gəncə təmsilçisi növbəti oyuna çıxacaq. Bu haqda 8 mart tarixində basketbol klubuna istinadən məlumat veririk.
Matç Azərbaycan Kuboku çərçivəsində baş tutacaq. “Gəncə” BK “NTD İndigo”ya qarşı mübarizə aparacaq. Tərəflər Sərhədçi İdman Mərkəzində üz-üzə gələcəklər.
Oyun sabah, 9 mart saat 16:30-da keçiriləcək. Qarşılaşma Basketbol Federasiyasının YouTube kanalında yayımlanacaq.