Gəncədə səhiyyə ocağı məhkəməyə verilib. Bu haqda 9 fevral tarixində Fed.az-a istinadən məlumat veririk.
Söhbət Gəncə Memorial Hospitaldan gedir. MMC-yə siyasi, sosial və əmək hüquqları əleyhinə olan inzibati xəta protokolu tərtib olunub.
İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000-2000 manatadək məbləğdə, vəzifəli şəxslər 3000-5000 manatadək məbləğdə, hüquqi şəxslər 20.000-25.000 manatadək məbləğdə cərimə edilir.
İşə Gəncə Şəhər Məhkəməsində baxılır. Proses hakim Liza Xasməmmədovanın icraatındadır.
Bildirilir ki, məhkəmə ilə əlaqədar baxış iclası 21 fevral saat 15:00-a təyin olunub.