Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsində təyinat olub. Bu haqda 30 mart tarixində Apa-ya istinadən xəbər veririk.
Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinə rəis təyin edilib. Bu vəzifə Pərvin Kazımova tapşırılıb. Bu barədə mədəniyyət naziri Adil Kərimli müvafiq əmr imzalayıb.
Adıçəkilən vəzifəni bir müddətdir Pərvin Kazımov icra edirdi. Artıq həmin şəxs rəsmi şəkildə bu vəzifəyə təsdiqlənib.
Qeyd edək ki, Pərvin Kazımov əvvəllər Gəncə şəhər İcra Hakimiyyətində çalışıb.