Gəncədə yeni təyinat açıqlanıb. Bu haqda 23 noyabr tarixində “ASAN Radio”ya istinadən məlumat veririk.
Mədəniyyət naziri Adil Kərimli əmr imzalayıb. Sənədə əsasən, Əməkdar artist, opera müğənnisi, dirijor Ramil Adıgözəl oğlu Qasımov Gəncə Dövlət Filarmoniyasının direktoru təyin edilib.
Qeyd edək ki, “ASAN Radio”da 38 yaşlı Qasımovun təqdimatında "Klassik musiqi dəqiqəsi" adlı layihə yayımlanır.