Gəncədə sahəsindən asılı olmayaraq, bütün növ daşınmaz əmlak üçün birillik icbari sığorta haqqı 40 manatdır. Bu barədə 4 yanvar tarixində Bizim.media-ya istinadən xəbər veririk.
Qanuna görə, əmlakını sığorta etməyənlərin cərimələnməsi nəzərdə tutulur. Bu rəqəm fiziki şəxslər üçün 30, vəzifəli şəxslərə 80, hüquqi şəxslərə isə 200 manata bərabərdir.
Yaşayış evləri və mənzillər üçün sığorta tarifi sığorta məbləğinin 0,2%-i həcmində müəyyən edilir. Yəni hadisə baş verdikdə Gəncə şəhərində 20 min manat məbləğində təzminat almaq mümkündür.