Gəncənin basketbol klubu növbəti oyununu keçirəcək. Bu haqda 29 yanvar tarixində Azərbaycan Basketbol Federasiyasına istinadən məlumat veririk.
“Gəncə” BK ilə “Xırdalan” üz-üzə gələcək. Matç 31 yanvar tarixində saat 19:30-da baş tutacaq. Azərbaycan Basketbol Liqasının XIII turu çərçivəsində keçiriləcək görüş Sərhədçi İdman Mərkəzində olacaq.
Matçı Azərbaycan Basketbol Federasiyasının Youtube kanalında canlı yayımda izləmək mümkün olacaq.