Gəncə təmsilçisi üçüncü rəqibi ilə üzləşəcək. Bu haqda 2 aprel tarixində Basketbol Federasiyasına istinadən məlumat veririk.
Matç Azərbaycan Qadınlar Liqasının III turu çərçivəsində baş tutacaq. “Gəncə” BK “Xırdalan”la qələbə uğrunda mübarizə aparacaq. Oyun Azərbaycan Texniki Universitetinin İdman Arenasında keçiriləcək.
Qarşılaşma 4 aprel tarixində saat 19:00-da başlayacaq.