Gəncə təmsilçisi növbəti rəqibi ilə görüşəcək. Bu haqda 18 dekabr tarixində Basketbol Federasiyasına istinadən məlumat veririk.
Matç Azərbaycan Basketbol Liqasının IX turu çərçivəsində baş tutacaq. “Gəncə” BK “Sumqayıt”ın qonağı olacaq. Tərəflər Sumqayıt Olimpiya İdman Kompleksində qarşılaşacaqlar.
Oyun 22 dekabr tarixində saat 14:00-da baş tutacaq.
Basketbol matçı Federasiyanın Youtube kanalında canlı olaraq yayımlanacaq.