Gəncənin basketbol klubu növbəti oyununu keçirəcək. Bu haqda 16 dekabr tarixində Azərbaycan Basketbol Federasiyasına istinadən məlumat veririk.
“Gəncə BK” “Şəki” komandasına qarşı oynayacaq. Matç 16 dekabr tarixində saat 14:00-da Gəncə Olimpiya İdman Kompleksində təşkil olunacaq.
Matçı Azərbaycan Basketbol Federasiyasının Youtube kanalında canlı yayımda izləmək mümkün olacaq.