Gəncə təmsilçisi növbəti rəqibi ilə görüşüb. Bu haqda 22 dekabr tarixində basketbol klubuna istinadən məlumat veririk.
Qarşılaşma Azərbaycan Basketbol Liqasının IX turu çərçivəsində baş tutub. “Gəncə” BK “Sumqayıt”ın qonağı olub. Matç Sumqayıt Olimpiya İdman Kompleksində keçirilib.
Oyun təmsilçimizin 95:88 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Komandamızın ən məhsuldar oyunçusu Culs Mur (22 xal, 4 ribaund) olub.