Gəncə təmsilçisi rəqibi ilə qarşılaşıb. Bu haqda 5 aprel tarixində Basketbol Federasiyasına istinadən məlumat veririk.
Matç Azərbaycan Qadınlar Liqasının III turu çərçivəsində baş tutub. “Gəncə” BK-nın budəfəki rəqibi “Xırdalan” olub. Oyun Azərbaycan Texniki Universitetinin İdman Arenasında keçirilib.
Qarşılaşma təmsilçimizin 48:53 hesablı məğlubiyyəti ilə yekunlaşıb.