Gəncə təmsilçisinin oyunçusu zədələnib. Bu haqda 25 yanvar tarixində basketbol klubuna istinadən məlumat veririk.
Söhbət “Gəncə” basketbol klubunun legioneri Kenyon Dulinqdən gedir. O, mövsümü erkən başa çatdırıb. Basketbolçunun XI tur çərçivəsində “Xəzri” ilə olan oyunda ciddi zədə aldığı bildirilir.
İdmançı MRT müayinəsindən keçib. Dulinqin dirsəyində qırıq aşkarlanıb. Bu səbəbdən o, mövsümün sonuna kimi oyunlara qatıla bilməyəcək. Basketbolçunun müalicəsi vətənində aparılacaq.