Gəncə təmsilçisi növbəti rəqibi ilə qarşılaşacaq. Bu haqda 11 mart tarixində basketbol federasiyasına istinadən xəbər veririk.
“Gəncə” BK Azərbaycan Basketbol Liqasının 15-ci turunun oyununa çıxacaq. Təmsilçimiz “Neftçi İK” ilə mübarizə aparacaq.
Matç 13 mart tarixində saat 19:30-da Sərhədçi İdman Mərkəzində baş tutacaq.
Oyun Basketbol Federasiyasının CBC Sport və Youtube kanalında canlı yayımlanacaq.