Gəncədə güclü külək fəsad törədib. Bu haqda Gencexeber.az-a 7 iyun tarixində məlumat daxil olub.
Hadisə şəhərin Məhəmməd Bürcəliyev küçəsində qeydə alınıb. Xəbər verdiyimiz kimi, ötən gecə güclü külək əsib və leysan yağıb. Nəticədə sözügedən ərazidə yerləşən istirahət guşəsində Eldar şamının iri budağı gövdədən qopub. Ağacın həmin parçası çay tərəfə sallanıb.
Aldığımız məlumata əsasən, hadisə zamanı xəsarət alan və ya zərər çəkən olmayıb.