Təmsilçilərimiz uşaq evinin sakinləri ilə görüşüblər. Bu haqda 13 aprel tarixində futbol klubuna istinadən xəbər veririk.
Komandamızın üzvləri Ramazan bayramını Gəncə Uşaq Evinin sakinləri ilə birgə qeyd ediblər. Uşaq evinin meydançasında yoldaşlıq oyunu keçirilib. Matç meydan sahiblərinin 5:4 hesablı qələbəsi ilə başa çatıb. Daha sonra uşaqlar futbolçularla söhbət ediblər. Onlar "Kəpəz"in çıxışını yaxından izlədiklərini bildirib, komandaya dəstək olduqlarını deyiblər.
Xatırladaq ki, komandamız müxtəlif bayramlarda Gəncə Uşaq Evinə baş çəkir. Orada yaşayan və valideyn himayəsindən məhrum olan uşaqların qayğıları ilə maraqlanılır.