Gəncədə daha bir dövlət strukturunda kadr dəyişikliyi olub. Bu haqda 2 aprel tarixində Qafqazinfo-ya istinadən məlumat veririk.
Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov əmrlər imzalayıb. Sənədlərə əsasən, FHN-nin Gəncə Regional Mərkəzinin rəisi polkovnik-leytenant Kənan Aşurov vəzifəsindən azad edilib. Onun yerinə Elnur Məhərrəmov təyin olunub.
Bundan başqa, Gəncə Regional Mərkəzinin rəis müavini mayor Ramin Orucov da vəzifəsindən azad edilib. O, Aran Regional Mərkəzinin rəisi olaraq fəaliyyət göstərəcək.