Gəncədə evdən meyit tapılıb. Bu haqda 12 dekabr tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər veririk.
Şəhərdə evlərin birində vətəndaş bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində mənzilin qapısı açılıb. Qurumun əməkdaşları burada bir naməlum meyit aşkar ediblər. Cansız bədən aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, meyitin şəxsiyyəti hələlik məlum deyil.