Gəncədə növbəti tamaşa nümayiş olunacaq. Bu haqda 3 aprel tarixində Dram Teatrına istinadən məlumat veririk.
Tədbir Gəncə Dövlət Dram Teatrında baş tutacaq. Burada Əziz Nesinin "Toros canavarı" tamaşası səhnəyə qoyulacaq. Əsərin quruluşçu rejissoru Kubilay Erdelikara, rəssamı Mustafa Mustafayevdir.
Tamaşa 3 və 4 aprel tarixlərində saat 18:00-da nümayiş olunacaq.
Qeyd edək ki, biletləri teatrın kassasından əldə etmək mümkündür.