Gəncədə yanğın hadisəsi baş verib. Bu haqda 16 mart tarixində Report-a istinadən məlumat veririk.
Hadisə şəhərin Çarıqçılar küçəsində qeydə alınıb. Yanğın şəhər sakini A.Rəhimova məxsus ümumi sahəsi 136 kvadratmetr olan evdə başlayıb. Nəticədə ev sahibinin divanda yatan 79 yaşlı qayınatası F.Kazımov yanıq xəsarətləri alıb. O, təcili tibbi yardım briqadasına təhvil verilib və xəstəxanaya yerləşdirilib. Zərərçəkənə 2-ci dərəcəli yanıq diaqnozu qoyulub.
Yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb olunub. Alov söndürülüb. Hadisənin başvermə səbəbləri araşdırılır.