Gəncədə ev alışıb. Bu haqda 15 aprel tarixində Apa-ya istinadən məlumat veririk.
Hadisə şəhərin Məhsəti qəsəbəsindəki 92 kvadratmetr sahəsi olan birmərtəbəli 3 otaqlı evdə qeydə alınıb. Yanğın zamanı 68 kvadratmetr sahədə yanar konstruksiyalar, həmçinin bitişik sahəsi 165 kvadratmetr olan talvarın yanar konstruksiyaları və “VAZ” markalı avtomobil yanıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə bölmələri cəlb olunub. Alov söndürülüb. Evin və talvarın qalan hissəsi yanğından mühafizə edilib.
[modula id="57991"]