Goranboyda yanğın baş verib.
Gencexeber.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) daxil olan məlumata əsasən, hadisə Nadirkənd kəndində qeydə alınıb. Ümumi sahəsi 156 m² olan birmərtəbəli ərzaq mağazasının yanar konstruksiyaları yanıb.
Çağırış ünvanına qurumun canlı qüvvəsi və texnikası cəlb edilib. Əməkdaşlar alovun yayılmasının qarşısını alıblar.