Gəncədə bir sıra müəllimlər nazirlik tərəfindən təltif olunublar. Bu haqda 28 dekabr tarixində Regional Təhsil İdarəsinə istinadən məlumat veririk.
Cari il ərzində Nizami yurdunun 10 nəfər təhsil işçisi Elm və Təhsil Nazirliyi tərəfindən “Fəxri Fərman”a layiq görülüb. Onların siyahısı aşağıdakı kimidir:
- Bənövşə Səfxanova - 8 nömrəli tam orta məktəbin ingilis dili müəllimi;
- Nigar İsmayılova - 30 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi;
- Jalə Paşayeva - 12 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi;
- İlhamə Rüstəmova - 14 nömrəli tam orta məktəbin biologiya müəllimi;
- Leyla Mehrəliyeva - 8 nömrəli tam orta məktəbin tarix müəllimi;
- Pərvanə Atakişiyeva - 28 nömrəli tam orta məktəbin tarix müəllimi;
- Samirə Cəfərova - 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi;
- Qətibə Məmmədova - 13 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi;
- Vidadi İsmayılov - 29 nömrəli tam orta məktəbin çağırışaqədərki hazırlıq rəhbəri;
- Aygün Babayeva - Fizika, riyaziyyat və informatika təmayüllü liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi.