Gəncədə söküntü işləri sakinlərin narahatlığına səbəb olub. Bu haqda Gencexeber.az-a 21 dekabr tarixində məlumat daxil olub.
Söhbət şəhərin Mirzə Abbas Abbaszadə küçəsindən gedir. Sakinlərdən biri Gəncə Dövlət Dram Teatrının keçmiş binasının qarşısındakı pilləkənlərin sökülməsindən narahat olduğunu bildirib. Onun sözlərinə görə, işlər şəhər rəhbərliyindən xəbərsiz aparılır. Həmçinin bildirilib ki, burada yol salınacaq.
Məsələ ilə bağlı şəhər İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan bildirildi ki, ərazidə aparılan işlər pilləkənlərin təmir olunması məqsədini daşıyır və onların sökülməsi nəzərdə tutulmayıb.