Gəncə Dövlət Milli Dram Teatrı Gürcüstanın Ozurgeti şəhərində Gürcüstan Respublikasının Mədəniyyət Nazirliyi, Gürcüstan Teatr Xadimləri İttifaqının dəstəyi ilə keçirilən V Nodar Dumbadze Beynəlxalq Teatr Festivalında N.Dumbadzenin "Kukaraça" tamaşası ilə iştirak edir.
Gencexeber.az bildirir ki, adı çəkilən tamaşa Gəncə Dövlət Milli Dram Teatrı ilə Ozurgeti Milli Dram Teatrı arasında imzalanmış əməkdaşlıq memorandumunun tərkib hissəsi olaraq, hər iki teatrın aktyorlarının ifasında oynanılır.
Qeyd edək ki, teatr festivala Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə qatılıb.