Gəncədə təbii fəlakət maşına ziyan vurub. Bu haqda Gencexeber.az-a 25 dekabr tarixində məlumat daxil olub.
Hadisə şəhərin Hüseyn Cavid, 26 ünvanında qeydə alınıb. Yolun kənarında park edilmiş avtomobilin üzərinə divarın üzərindəki dekorativ kərpic örtüyü tökülüb. Sakinlərin sözlərinə görə, hadisəyə səbəb güclü külək olub.
Onlar, həmçinin qeyd ediblər ki, hadisənin 23 dekabr tarixində gecə saatlarında baş verməsinə baxmayaraq, məsələ ilə bağlı heç bir tədbir görülməyib.
Qeyd edək ki, güclü külək şəhər ərazisində bir çox fəsadlara yol açıb.
[modula id="52180"]