Gəncədə şagirdlərin bilikləri sınanıb. Bu haqda 9 aprel tarixində Kəpəz televiziyasına istinadən məlumat veririk.
Dövlət İmtahan Mərkəzi tərəfindən şəhərimizdə ikinci zona üzrə ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları təşkil olunub. Proses 10 binada baş tutub. Buraya 215 nəzarətçi müəllim, 28 imtahan rəhbəri, 10 ümumi rəhbər cəlb ediliblər.
İmtahana ümumilikdə 2499 şagird qatılıb. Onlara 3 saat ərzində riyaziyyatdan 25, ana dilindən 30, xarici dildən 30 test sualı və dinləmə mətni verilib.
Bildirilir ki, nəticələrin 1 ay ərzində elan olunması nəzərdə tutulur.