top
DƏHŞƏT: Ər özündən 14 yaş kiçik arvadını BALTALADI
04 fevral 2025, 18:00
- ↺ +

DƏHŞƏT: Ər özündən 14 yaş kiçik arvadını BALTALADI

 

Daşkəsən rayonunda ər həyat yoldaşını balta ilə qətlə yetirib.

Gencexeber.az-ın əldə etdiyi məlumata görə, hadisənin istintaqı Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilib.

Belə ki, təqsirləndirilən Teymur Ocaqverdiyev 1971-ci ildə Daşkəsən rayonunda anadan olub. O, arvadı Atlas Ocaqverdiyevanın həmkəndlisi Elvin Əliyev ilə ona xəyanət etməsindən şübhələnib. Kənd camaatı arasında utanc hissi keçirdiyi üçün arvadını qəsdən öldürmək qərarına gəlib.

Bu məqsədlə gecə saatlarında birgə yaşadıqları Daşkəsən rayonu, Əmirvar kəndində yerləşən evin həyətindən balta götürüb. Yataq otağında yatan həyat yoldaşının yanına gələrək xüsusi amansızlıqla dəfələrlə balta zərbəsi endirib. Nəticədə Atlas Ocaqverdiyeva həyatını itirib.

Teymur Ocaqverdiyev Azərbaycan Respublikası CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadən verən Teymur Ocaqverdiyev özünü ittiham üzrə təqsirli bilib:

“Evə gələndə qapının bağlı olduğunu görüb döydüm. Atlas həyəcanlı halda qapıya çıxdı. Evə girəndə qapının arxasında həmkəndlim Elvinin gizləndiyini gördüm. Onu döymək üçün üstünə cumanda ayağıma düşüb yalvarmağa başladı. Bunu unutmamaq üçün evin divarına boya ilə “14 may” sözünü yazdım. Bir neçə gün sonra axşamtərəfi Atlasla Elvinin yenə də birlikdə tövlə tərəfdən gəldiyini gördüm. Həmin gecə söhbət etdik, Atlas dəfələrlə Elvinlə mənə xəyanətini etiraf elədi. Atlasın bu hərəkətlərinə görə mən və uşaqlarım kənd içində biabır olmuşuq. Atlasın sözlərindən bərk hirslənib, həyətə gedib baltanı götürdüm. Daha sonra evə qayıdaraq Atlası balta ilə vurdum”.

Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Elvin Əliyev ifadəsində göstərib:

“Atlas və Teymuru həmkəndli kimi tanıyıram. Teymurun iri buynuzlu heyvanı çəpəri dağıdıb təsərrüfatımdakı sahəyə ziyan vurmuşdu. Buna görə Teymurgilə səsləndim və həmin vaxt səsimə mərhum Atlas Ocaqverdiyeva çıxdı. Atlasdan mal-qarasını mənim ərazimə buraxmamalarını xahiş etdim. Bu zaman Teymur kənardan çıxaraq nalayiq ifadələr işlətməyə başladı. Teymur kənd içində söyüşlə danışan şəxs kimi tanındığından heç nə demədən evə getdim”.

Tərəflərin çıxışından sonra məhkəmə müşavirəyə yollanıb. Sonda məhkəmənin qərarı ilə Teymur Ocaqverdiyev 17 il müddətində azadlıqdan məhrum edilib.

Fidan İlqar

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 14:11

Gəncədə 5 şagird zəhərləndi, xəstəxanaya çatdırılıblar

Bizim fəxrimiz
Bu gün, 12:06

Gəncəli boksçu Avropada PARLADI

Bütün xəbərlər
Bu gün, 11:35

Gəncəlilər üçün dönər əti belə ŞƏRAİTDƏ HAZIRLANIRMIŞ

Bütün xəbərlər
Bu gün, 10:41

Dilənçilik edən 32 nəfər Gəncədən UZAQLAŞDIRILIB

Bütün xəbərlər
Bu gün, 09:24

Müəllimə dərs üstündə həmkarını məktəbdə döyüb

Bütün xəbərlər
Bu gün, 09:03

Gəncədə məktəblilər üçün təhlükə: piyada keçidi…

Bütün xəbərlər
Bu gün, 00:00

1 oktyabr 2020: Vətən Müharibəsinin beşinci günü

Bütün xəbərlər
Dünən, 18:00

Azərbaycanın "VAŞAQ" zirehli əməliyyat maşını ilk dəfə nümayiş etdirilib

Bütün xəbərlər
Dünən, 16:55

Ayaqqabını verməyən arvadını taxta parçası ilə döydü – QƏRİBƏ OLAY

Bütün xəbərlər
Dünən, 15:08

Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq

Bütün xəbərlər
Dünən, 13:58

Gəncədə yeni evlərin tikintisi bir ildə 44 dəfədən çox artıb

Bütün xəbərlər
Dünən, 12:56

Yeni Gəncə sakinləri binaların həyətindən NARAZIDIRLAR

Bütün xəbərlər
Dünən, 10:51

Qırğızıstanda Nizami Gəncəvi adına məktəbdə Azərbaycan dili tədris olunacaq

Bütün xəbərlər
Dünən, 10:16

"Mingəçevir Reqatası-2026"da ikinci günə start verilir

Bütün xəbərlər
Dünən, 09:28

Gəncədə qaraçı qadın qıza yumruq vurub - İDDİA

Bütün xəbərlər
Dünən, 09:01

Gəncədə torpağa tapşırılan şairimizin vəfatından 22 il ötür

Bütün xəbərlər
Dünən, 00:00

30 sentyabr 2020: Vətən Müharibəsinin dördüncü günü

Bütün xəbərlər
29 sentyabr 2026, 18:00

Putindən qərar: Azərbaycana 20 min manatdan çox pul aparmaq olmaz

Bütün xəbərlər
29 sentyabr 2026, 17:02

Gəncədə kişi keçmiş arvadını çəkiclə döydü, sonra bıçaqladı - MƏHKƏMƏ

Bütün xəbərlər
29 sentyabr 2026, 16:30

Gəncədə 200 metrlik küçənin asfalt örtüyü illərdir bərpa edilmir

Bütün xəbərlər
29 sentyabr 2026, 16:00

Mingəçevir sakini məscidində namaz qılanın "İphone 17"si oğurlandı

Bütün xəbərlər
29 sentyabr 2026, 15:26

Sentyabrın sonuncu günü Gəncədə yağışlı keçəcəyi gözlənilir

Bütün xəbərlər
29 sentyabr 2026, 14:56

Müəllimə şagirdinin valideynindən 65 min alıb qaytarmadı

Bütün xəbərlər
29 sentyabr 2026, 14:22

Gəncədə MMA və Grappling turniri keçirilib

Oxşar xəbərlər