Daşkəsən rayonunda polis əməkdaşlarının “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirləri çərçivəsində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Teleqraf.аz xəbər verir ki, ümumi çəkisi 2 ton 130 kq olan 1527 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib.