Gəncədə seçkilərə hazırlıq işləri bitib. Bu haqda 19 yanvar tarixində Dünya televiziyasına istinadən xəbər veririk.
Respublikamızda keçiriləcək Prezident seçkiləri üçün dairə seçki komissiyaları və məntəqələr hazır vəziyyətə gətirilib. Həmçinin seçici siyahıları tam dəqiqləşdirilib.
Şəhərimizdə dörd seçki dairəsi var. Məntəqələr veb-kameralar ilə təmin olunub. Ərazilərdə seçki məcəlləsi, konstitusiya, təlimatlar və təşviqat lövhələri vurulub. Yerli və beynəlxalq müşahidəçilərin seçki prosesini izləməsi üçün imkanlar yaradılıb. Qeydiyyatdan keçən müşahidəçilər prosesi müşahidə edə bilərlər.